24 C
Baku
Thursday, June 30, 2022

ABŞ Belarusa qarşı sanksiyaların ləğvini düşünür

Amerika Birləşmiş Ştatlar Klaypeda limanından Ukrayna taxılının tranzitini həyata keçirmək istəyir. Bunun müqabilində Belarusa qarşı sanksiyaların ləğvini nəzərdən keçirir.

Banker.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Qadağanın aradan qaldırılması xüsusən də kalium sənayesinə qarşı sanksiyaların altı aylıq ləğvini nəzərdən tutur.

Qeyd olunub ki, ABŞ rəsmiləri və BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna taxılının ixracı üçün mümkün marşrutu araşdırır.

Daha əvvəl bildirilmişdi ki, Belarusun ABŞ və Aİ-nin sanksiyalarından itkiləri 18 milyard dollardan çox olub.

2022-ci ildə tətbiq edilən sanksiyalara görə Belarusun demək olar ki, bütün Avropa İttifaqı və Şimali Amerika ölkələrinə ixracı bloklanıb.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər