19 C
Baku
Saturday, October 12, 2024

ABŞ Belarusa qarşı yeni sanksiyalar elan edib

ABŞ Belarus rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Lukaşenko rejimi Belarus xalqına və onun demokratik istəklərinə qarşı, həmçinin demokratik müxalifət lideri Svetlana Tixanovskaya və digər demokratik fəalları əsassız ittihamlarla qiyabi olaraq siyasi motivli məhkəmələr təşkil etməklə repressiyaya davam edir. Bu insan haqları pozuntularına cavab vermək üçün Dövlət Departamenti Prezidentin 8015 saylı Bəyannaməsinə əsasən, demokratiyanı təhdiddə iştiraklarına görə 25 şəxsə viza məhdudiyyəti tətbiq olunduğunu elan edir”, -məlumatda qeyd olunub.

Dövlət Departamentindən bildirilib ki, bu gün sanksiya tətbiq olunanlar sırasında demokratik müxalifəti və vətəndaşları sıxışdırmaq üçün istifadə edilən “terror aktlarına cəhd” ittihamı ilə təqsirli bilinən şəxslərə ölüm cəzası verilməsinə icazə verən qanunvericiliyin qəbulunda oynadıqları rola görə Belarus Parlamentinin üzvləri də var.

Qeyd olunub ki, indiyə qədər 322 şəxsə viza məhdudiyyəti tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər