ABŞ Belarus hakimiyyətinin yüzdən çox nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib.
Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
“Bu gün biz rejimin 100 üzvünə, habelə onlarla əlaqəli şəxslərə demokratik təsisatları sarsıtmaqda, yaxud onlara zərər vurmaqda, eləcə də Belarusda demokratiyaya keçidə mane olmaqda iştiraka görə viza məhdudiyyəti tətbiq etdyimizi bildiririk”, – Entoni Blinken vurğulayıb.
Sanksiya siyahısına Belarus Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, İstintaq Komitəsi, Nəqliyyat Nazirliyi, Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə üzrə Baş İdarə və dövlətin başqa qurumlarının yüksək vəzifəli şəxsləri daxil edilib.