6 C
Baku
Sunday, December 15, 2024

ABŞ benzinin bahalaşmasına görə bu alternativ üsula keçir

ABŞ-da benzinin bahalaşması səbəbindən ölkə vətəndaşlarının dörddəbiri elektriklə işləyən avtomobillərə keçmək istəyir.

Bu barədə qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyasının keçirdiyi sorğuda qeyd edilir.

“Bu, xüsusilə gənc nəsilin nümayəndələrinə aiddir. Onlar pula qənaət etməyin yollarını axtarırlar”, – deyə Assosiasiyanın avtomobil və sənaye əlaqələri direktoru Qrek Brannon izah edib.

Sorğunun nəticələrinə görə, ABŞ-da gənclərin 30%-i gələcəkdə elektriklə işləyən avtomobil sürmək üçün yanacaqdan uzaqlaşmağı planlaşdırır. Elektrikli avtomobillərin lehinə çıxış edənlərin 77%-i isə qərarını benzinə qənaət etmək istəyi ilə izah edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər