ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) qiyməti kağızlar haqqında qanunun mümkün pozulması səbəbindən “Binance” kriptobirjasının fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tənzimləyici hesab edir ki, 2017-ci ildə, fəaliyyətinin başlanğıcında birja lisenziyası olmayan BNB tokeninin (Binance Coin) ilkin təklifini (ICO) həyata keçirib.
Eyni zamanda “Reuters” də “Binance”ın fırıldaqçılıq və narkotik satışından əldə etdiyi 2.35 milyard dollarlıq qeyri-qanuni əməliyyatlar haqqında hesabat dərc edib. Rəqəmsal aktiv mübadiləsi birjası əvvəlki qaydada işləyir və BNB-ni alıb-satmaq mümkündür.