6 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

ABŞ bir ay sonra BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək

ABŞ-ın dövlət katibi Mayk Pompeo avqustun 20-dən 12-dək BMT-nin Nyu-Yorkdakı mənzil qərargahına gedəcək və Təhlükəsizlik Şurasını Amerika hakimiyyətinin İran əleyhinə sanksiyaların bərpası prosesinə başlaması barədə məlumatlandıracaq. Banker.az xəbər verir ki, bu barədə Dövlət Departlamentinin mətbuat xidmətinə istinadən TASS məlumat verib.

Qeyd edildiyi kimi, bildirişdən 30 gün sonra BMT-nin bir sıra sanksiyaları bərpa ediləcək, xüsusən də uranın zənginləşdirilməsi və silah embarqosunun uzadılması ilə bağlı fəaliyyətin dayandırılması tələbi bərpa ediləcək.

Xatırladaq ki, avqustun 14-də BMT-nin Təhülkəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmaq qərarını dəstələməyib. Eyni zamanda, Rusiya və Çin bu sənədin qəbul edilməsinə qarşı çıxıb.

ABŞ dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının tətbiq etdiyi silah embarqosunun dayandırılmasına qarşı çıxıb. Vaşinqton buna icazə verməyəcəyini bildirib.

Son xəbərlər
Oxşar xəbərlər