ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına razılıq vermə prosesi “yaxşı gedir” və bir neçə ay ərzində tamamlana bilər”.
Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
2021-ci ilin oktyabrında Türkiyənin F-35 alışı uğursuz olduqdan sonra ABŞ-dan 40 ədəd F-16 döyüş təyyarəsi və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın təkmilləşdirmə dəsti almasını istəyib.
Kalına görə, prezident Co Bayden administrasiyası “bu mövzuda səmimi səy göstərir:
“Aydın bir proqnoz vermək çox asan deyil, amma prosesin yaxın bir-iki ay ərzində tamamlanma ehtimalı yüksək görünür.
Sentyabr ayında Ərdoğan Nyu Yorkda görüşdüyü iki ABŞ senatorundan satışa mümkün dəstək barədə “müsbət” rəy aldığını söyləyib.
ABŞ Konqresində Türkiyəyə münasibət son bir neçə ildə Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra pisləşib.