Pentaqon ABŞ-ın hərbi qurumlarına və təchizatçılara Rusiya, İran, Çin və KXDR-dən tantal metalını almağı qadağan edib.
Bu barədə ABŞ-ın Federal Reyestri məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən ölkələrdən asılılığın azaldılması milli təhlükəsizlik məsələsi hesab edilir. Tantal ABŞ-ın hərbi və mülki istehsalında vacib metaldır.