Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın əmtəə fyuçers ticarəti komissiyası rəsmi olaraq Bitcoin fyuçersləri ilə ticarət etməyə icazə verib.
İlk icazəni Çikaqo Əmtəə birjası (CME Group Inc) və Cboe Global Markets Inc. olub. Agentliyin məlumatına görə, ilk hərrac artıq 18 dekabrda baş tuta bilər. Bununla belə, birjada “elə indicə” başlamağa hazır olduqlarını iddia edirlər.
Bundan əlavə, Bitcoinlə binar opsionları Cantor Exchange brokeri vasitəsilə almaq mümkün olacaq. Adı çəkilən bu broker həmçinin Amerika rəhbərliyindən icazə əldə etmiş nəhəng Cantor Fitzgerald maliyyə şirkətinin tərkibinə daxildir.