Bitkoin mayninqinə görə lider ölkə ABŞ olub (35%), ikinci yeri Qazaxıstan (18%), üçüncü yeri isə Rusiya (11%) tutub. Qeyd edək ki, uzun müddət ərzində bitkoin mayninqi sənayesində Çin liderlik edib – bu ölkənin bazardakı payı 46% təşkil olub. Lakin sonra ÇXR hökuməti kriptovalyutanın hasilatını məhdudlaşdırmaq və rəqəmsal valyutalarla aparılan bütün əməliyyatları qanunsuz elan etmək qərarını verib.
Bunun fonunda bir çox kriptovalyutalar dəyərdən düşüb: bitkoin – 6%, Ethereum – 7%, Cardano və Binance Coin – 6%, Huobi – 15%.
Rusiyada bitkoin mayninqinin böyük populyarlıq qazanmasına baxmayaraq, sentyabr ayında Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hökumətin bu kriptovalyutanı rəsmi olaraq tanımaq niyyətində olmadığını açıqlayıb.