ABŞ-nin tələbi ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) İrandakı vəziyyətlə bağlı iclas keçiriləcək.
TŞ-yə sədrlik edən Somali missiyası məlumatı təsdiqləyib.
İclasın bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcəyi bildirilir.
Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz aksiyaları davam edir. İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.







