12 C
Baku
Monday, November 25, 2024

ABŞ “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırmaq qərarına gəlib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bəzi “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırmaq qərarına gəlib.

Bu barədə administrasiyanın açıqlamasında bildirilib.

Administrasiyanın saytında dərc edilmiş bəyanatda deyilir: “ABŞ aviaşirkətləri tərəfindən və ya ABŞ ərazisində istismar olunan bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılır”. Bu qərar təxminən 171 təyyarəni əhatə edəcək.

“Administrasiya bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşa qayıtmazdan əvvəl onların dərhal yoxlanılmasını tələb edir. Biz Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı uçuşunu araşdırmasında kömək göstərdiyimiz müddətdə təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcəyik” – FAA administratoru Maykl Uitaker bildirib.

Yanvarın 6-da Amerikanın “Alyaska Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı pəncərəsinin və gövdəsinin bir hissəsinin qopması səbəbindən Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib. Təyyarədə 174 sərnişin və altı ekipaj üzvü olub, heç kim xəsarət almayıb. Bundan sonra daşıyıcı müvəqqəti olaraq “Boeing 737-9” təyyarələrinin istifadəsindən imtina edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər