ABŞ öz iqtisadi artımını sırf xarici borclanma üzərində qurub. Hesablamalara əsasən, son illər borclanma iqtisadi artımdan 10 dəfə tez böyüyür.
I rübün yekunlarına görə, ABŞ-ın borcu 645 mlrd. dollar artıb. Bura dövlət və korporativ, o cümlədən fiziki şəxslərin borcları daxildir. Nəticədə borc 64,1 trln. dollara çatıb.
I rübdə nominal ÜDM əvvəlki 3 ayla 65 mlrd. dollar artaraq 18,23 trln. dollar təşkil edib.
Görünür artımı generasiya etmək üçün 645 mlrd. dollarlıq (10 dəfə çox) borclanmaya ehtiyac var idi. Başqa cür izah edək: ABŞ iqtisadiyyatı qazandığı hər 1 dollara görə 1 sent verir. Halbuki, nəzəriyyədə daha çox olmalıdır.
Daha bir maraqlı məqam: kredit kartları üzrə borc 15,7 mlrd. dollar artaraq 949,8 mlrd. dollara çatıb. Ümumilikdə, ABŞ-da istehlak kreditlərinin həcmi tarixdə ilk dəfə olaraq 3,588 trln. dollara (qeyd edilən rəqəm Federal Ehtiyatlar Sisteminin (FED) aprelin 16-da dərc etdiyi protokoldan götürülüb) çatıb. Maraq üçün bildirim ki, bu göstərici Almaniyanın ÜDM-ni üstələyir.
(Gördüyünüz qrafiklərdə 1950-ci ildən bəri dövlət borcunun ÜDM-ə nisbəti əskini tapıb)
Hazırda borcun ÜDM-ə nisbəti 352% səviyyəsindədir ki, bu da 2013-cü ilin I rübündən etibarən maksimumdur. 2008-ci ildə baş verən böhran zamanı bu göstərici 380% səviyyəsini test edib.
Sabiq prezident Corc Buşun iqtisadi məsələlər üzrə müşaviri Todd Buxqoltsun fikrincə ölkənin iqtisadi inkişafına mənfi təsir göstərə biləcək bir neçə amil var ki, onlardan biri də borcun artmasıdır. T. Buxqolts bunu “oğurluq paradoks”u adlandırırdı. Onun fikrincə, insanlar varlandıqca, “borc köpüy”ü şişir.
APA