15 C
Baku
Saturday, October 19, 2024

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı eskalasiyadan çəkinməyə çağırıb

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İran hakimiyyətini İsrailə qarşı davamlı hərbi hücum təhdidlərindən əl çəkməyə çağırıb. Bu barədə ölkələrin başçılarının danışıqlarının yekunu üzrə Ağ Evin dərc etdiyi bəyanatda deyilir.

Sənəddə dövlətlərin bölgədə gərginliyin azaldılmasını, atəşkəsi və Fələstinin HƏMAS hərəkatının saxladığı israilli girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini dəstəklədiyi bildirilir. Bundan əlavə, ölkələr İsrailin İranın təcavüzündən və terrorçu qrupların hücumlarından müdafiəsinə dəstək ifadə edib.

İran iyulun 31-də HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə qarşı böyük zərbə endirəcəyini vəd edib. “Axios”un yazdığı kimi, hücum yaxın günlərdə baş verə bilər. Bir gün əvvəl İsrail ordusunun sözçüsü Daniel Hagari ölkənin “yüksək hazırlıq səviyyəsində” olduğunu yazıb.

Son xəbərlər
Digər xəbərlər