ABŞ dekabrın 2-də yeni “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edəcək.
Bu barədə Pentaqonun təmsilçisi Patrik Rayder keçirdiyi brifinqdə bildirib.
“Müdafiə naziri Lloyd Ostin Kaliforniya ştatının Palmdale şəhərində “B-21 Raider” strateji bombardmançısının buraxılışında iştirak edəcək”, – Rayder deyib.
Bundan əvvəl “19FortyFive” hərbi portalı “B-21 Raider”in nüvə qabiliyyətinə malik olduğunu və beləliklə, ölkənin nüvə triadasında mühüm rol oynayacağını yazıb.
Bildirilir ki, B-21 Hərbi Hava Qüvvələrinə düşmən hava məkanında olarkən dəqiq zərbələr endirməyə imkan verəcək.
Bombardmançının ilk uçuşu 2023-cü ilin əvvəlinə planlaşdırılır.