12 C
Baku
Saturday, November 23, 2024

ABŞ bu il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-2024-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu dəyişib.

Gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102.71 mln. barel səviyyəsində olacaq, bu da öncəki proqnozdan 0.01 mln. barel azdır. 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2024-cü ildə qlobal tələbat üzrə artım 1.72 mln. barel təşkil edə bilər.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100.99 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0.12 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1.56 mln. barel təşkil edəcək.

Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99.43 mln. barel olub, bu da illik müqayisədə 1.82 mln. barel çoxdur.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97.56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91.81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101.23 dollar səviyyəsində olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronavirus pandemiyasından əvvəlki səviyyəni bu il yox, gələn il ötəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər