18 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

ABŞ builki büdcəsində $1 trilyonluq kəsir yaranacaq

faizlere

Cari maliyyə ili ərzində ABŞ-ın federal büdcəsinin kəsiri 1 trilyon dolları ötəcək.

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Konqresinin Büdcə İdarəsinin məruzəsində bildirilir.

İdarənin məlumatına görə, kəsir ÜDM faizi ilə təxminən 4,6% faiz təşkil edəcək və 2030-cu ildə 5,4%-ə qədər artaraq, 1,3trilyon dollara çatacaq. Büdcə idarəsinin mütəxəssisləri qeyd edirlər ki, əgər proqnoz doğru olsa, bu, son 100 il ərzində ABŞ-ın dövlət büdcəsi kəsirinin 5 il ərzində 4 faizdən çox göstərdiyi ikinci hadisə olacaq. Daha əvvəl belə göstərici İkinci Dünya müharibəsi zamanı və ondan sonrakı ilk illərdə qeydə alınıb.

ABŞ-ın federal büdcə defisiti axırıncı dəfə 2012-ci ildə 1 trilyon dollara çatıb. Pik hədd 2009-cu ildə müşahidə olunub. Həmin vaxt kəsir 1,4 trilyon dollara çatıb. 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər