ABŞ Çexiyaya səkkiz ədəd “Bell” hərbi helikopteri verəcək.
Bu barədə ABŞ-ın Praqadakı səfirliyi məlumat yayıb.
Çexiya Sovet dövründən qalma texnikanı, o cümlədən helikopterləri Ukraynaya ötürməklə öz ordusunun modernləşdirilməsini sürətləndirməyə çalışır.
“Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bizim aydın və sarsılmaz mövqeyimiz öz bəhrəsini verir”, – müdafiə naziri Yana Çernoxova deyib.
ABŞ səfirliyi “Twitter”də bildirib ki, daha əvvəl sifariş edilmiş 12 helikopterdən əlavə, daşınma və təkmilləşdirmə xərcləri istisna olmaqla, helikopterlər pulsuz veriləcək.