16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

ABŞ Çinə ixrac məhdudiyyətlərini sərtləşdirir

faizlere

ABŞ silahlı qüvvələrini gücləndirə biləcək məhsulların və texnologiyaların Çinə göndərilməsinin qarşısını almaq üçün ixrac nəzarəti qaydalarını sərtləşdirib. Banker.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat verib.

ABŞ Ticarət Departamenti tərəfindən çərşənbə axşamı günü yayımlanan yeni qaydalar, ixracı milli təhlükəsizlik agentlikləri tərəfindən nəzərdən keçirilməsini tələb edən malların çeşidini genişləndirir.

İndi bu cür malların siyahısına hərbi əməliyyatları dəstəkləmək və ya asanlaşdırmaq, habelə hərbi əşyaların quraşdırılması, istismarı, təmiri, əsaslı təmiri, yenidən qurulması, inkişafı və ya istehsalı üçün istifadə edilə bilən hər hansı bir məhsul daxildir. Bu siyahıdan mal alan satıcılar lisenziya almağa məcburdurlar. Məhdudiyyətlər Rusiya və Venesuelaya da şamil olunur.

Bu dəyişikliklər ABŞ Ticarət Departamentinə yarımkeçirici, aviasiya və sensor sənayesində, eləcə də bu ölkələrin hərbi imkanlarını gücləndirə biləcək digər sektorlarda ixracı dayandırmaq üçün daha çox imkanlar verir.

Yeni qaydalar kimyəvi maddələrə, toksinlərə, elektron qurğulara, kompüterlərə, telekommunikasiya və sualtı obyektləri aşkarlaya biləcək dəniz və ya yerüstü akustik avadanlıqlara tətbiq olunur.
Siyahıya həmçinin nüvə materiallarının emalı ilə əlaqəli avadanlıqlar, hava ilə əlaqəli rabitə vasitələri, təyyarə naviqasiya sistemləri, gəmilər, dəniz sistemləri və ya avadanlıqlar, kosmik və qaz turbinli mühərriklər daxildir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər