10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Çinə investisiya qoyuluşuna görünməmiş məhdudiyyətlər qoymağı planlaşdırır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2023-cü ilin aprelində Amerikanın Çinə investisiyalarını məhdudlaşdırmaq üçün görünməmiş tədbirlər hazırlayıb.

Bu barədə “Politico” mənbələrə istinadən yazır.

“Rəsmilər Pekinin texnoloji və hərbi yüksəlişini cilovlamaq üçün əsas səylə bağlı razılaşmaya yaxınlaşır. Bu ayın sonunda ABŞ-nin Çinə investisiyasını məhdudlaşdıran görünməmiş qaydaların qəbulu gözlənilir”, – mənbə bildirib.

Nəşrin mənbələri qeyd edib ki, Ağ Ev administrasiyası artıq sahibkarlarla əsas məsələləri müzakirə edir. Məlumdur ki, müəssisələrdən Çindəki texnologiya şirkətlərinə yönəldiləcək yeni sərmayələr barədə bildiriş tələb olunacaq. Mikroprosessorlar da daxil olmaqla kritik sənaye sektorlarında müəyyən əməliyyat qadağaları da olacaq.

Nəşrin Ağ Ev administrasiyasındakı həmsöhbəti əlavə edib ki, hökumət müttəfiqlərlə və sənaye ilə məsləhətləşmələr baxımından və yalnız fərman prosedurlarına keçdikdən sonra hər şeyin düzgün aparıldığına əmin olmaq istəyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər