ABŞ dövlət katibi Entoni Blinken Çinə xəbərdarlıq edib.
O, bu barədə ASEAN Regional Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.
E.Blinken bildirib ki, Çin Tayvan ərazisinə raket atmağı dayandırmalıdır: “Bu, əsassız eskalasiyadır. ABŞ Çinlə böhran istəmədiyini dəfələrlə bildirib”.
ABŞ dövlət katibi vurğulayıb ki, Çinin hərəkətlərinə heç bir halda bəraət qazandırmaq mümkün deyil.