5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

ABŞ Çin hakerlərinin oğurluq cəhdini araşdırır

ABŞ Çin hakerlərinin Birləşmiş Ştatların alimlərinin koronavirusa qarşı vaksinin hazırlanılması üzrə məlumatları oğurlamaqla bağlı güman edilən cəhdlərini diqqətlə izləyir.

RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Yeni heçnə yoxdur. Siz indi mənə deyirsiniz ki, onlar bizi (məlumatlar üzrə parolları-red) sındırmağa çalışırlar. Mən deyirəm: yeni heç nə yoxdur. Biz bunu çox diqqətlə izləyirik”, – Tramp deyib.

Daha əvvəl mənbələrə istinadən “New York Times” qəzeti yazıb ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Nazirliyi Çin hakerlərinin və casusların Amerika alimlərinin koronavirusa qarşı vaksinlərin hazırlanılmasına yönəldilmiş tədqiqatlarını oğurlamağa çalışmaları barədə xəbərdarlığı yoxlamaq niyyətindədir.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər