23 C
Baku
Friday, April 19, 2024

ABŞ Çin ilə ticarət müharibəsinə başladı

Birləşmiş Ştatların Prezidenti Donald Trump Çin texnologiya mallarına gömrük rüsumunu 25% həcmində təsdiqləyib, hansı ki 50 milyard dollar  dəyərindədir,  Reuters agentliyi xəbər verir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da Çin idxalının ümumi həcmi 600 milyard dollar təşkil edib.

Rüsum veriləcək malların kateqoriyaları artıq açıqlanıb. Bu, məsələn, dəzgah maşınları, avtomobillər və digər nəqliyyat vasitələri, dərmanlar və tibb avadanlıqları, təyyarə ehtiyat hissələri, peyklər.  Bütün bu mallar “Çin istehsalı – 2025” Çin dövlət proqramı çərçivəsində istehsal olunur.

“ABŞ artıq qeyri-düzgün ticarət üsullarına görə texnoloji və intellektual mülkiyyət itkisinə dözə bilməz. Yeni rüsum qaydaları gələcəkdə ABŞ-ın texnoloji və intellektual mülkiyyətinin Çin tərəfinə qeyri-düzgün ötürülməsinin qarşısını almağa və ABŞ-da iş yerlərinin qorunmasına kömək edəcək”, – Trump deyib.

Çin cavab tədbirləri görməyə hazırlaşır. Bu olarsa, ABŞ əlavə rüsumlar yeridəcək.

Son xəbərlər
Digər xəbərlər