ABŞ Çin mallarına rüsumu iki dəfədən çox artırıb

ABŞ ümumi məbləği 200 milyard dollara yaxın olan Çin məhsullarına tətbiq olunan idxal rüsumunu iki dəfədən çox artırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

ABŞ hökuməti gömrük rüsumunun 10%-dən 25%-ə qaldırılmasına qərar verib.

Rəsmi Pekin Vaşinqtonun bu addımına “dərindən təəssüfləndiyini” bildirib və bütün lazımi cavab tədbirlərinin görüləcəyini vəd edib.

“Ümid edirik ki, ABŞ və Çin bir masa arxasına əyləşib, bütün problemləri əməkdaşlıq və məsləhətləşmə yolu ilə aradan qaldıracaq”, – deyə Çinin Ticarət Nazirliyinin rəsmi saytında çıxan bəyanatda deyilir.

ABŞ-ın çoxdan gözlənilən bu qərarı hələlik Çin maliyyə bazarlarında hər hansı problemlərə yol açmayıb. Əksinə, Çinin fond birjasında ticarət sessiyasının əvvəlində Hanq Senq indeksinin 0,6 faiz, Şanxay Kompozit indeksinin isə 1,5 faiz artımı müşahidə olunub.

©Oxu.az