ABŞ-Çin razılaşması dünya iqtisadiyyatına necə təsir edəcək?

İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, iki ölkə arasındakı ticari münasibətlər bütün dünya iqtisadiyyatına təsir göstərir

An attendee walks past registration counters at the media center for the Belt and Road Forum For International Cooperation at the National Convention Center in Beijing, China, on Sunday, May 14, 2017. China is setting its sights on U.S. energy as a growing reliance on imports forces it to look beyond traditional suppliers, according to the head of the country's biggest oil and gas company. Photographer: Qilai Shen/Bloomberg
  •  
  •  
  •  
  •  

Müslüm İbrahimov: “Razılığın əldə olunmasının müsbət məqamları var”

Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi üzrə danışıqlar yekun mərhələdədir, tərəflər artıq martın sonlarında saziş əldə olunduğunu elan edə bilərlər. Bu barədə danışıqların gedişatı barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, ABŞ və Çin arasında razılıq əldə olunacağı proqnozlaşdırılırdı: “Ölkələr arasındakı ticarət müharibəsi digər ölkələri də buna qoşulmağa vadar edirdi. İki ölkə arasındakı ticari münasibətlər bütün dünya iqtisadiyyatına təsir göstərir. Razılığın əldə olunmasının müsbət məqamları da var. Bu, dünya bazarında qiymət artımına müəyyən mənada əngəl olacaq. Bununla belə, dünyada yüksək texnologiyaların inkişafında müəyyən qədər durğunluq yarana bilər”.


  •  
  •  
  •  
  •