15 C
Baku
Friday, March 29, 2024

ABŞ-Çin müharibəsinə görə dünya iqtisadiyyatı 2020-ci ilədək $700 mlrd. itirə bilər

Çin və ABŞ arasındakı ticarət müharibəsi, dünya iqtisadiyyatının 2020-ci ilə qədər 700 milyard dollar və ya ÜDM-un 0.8% -ni itirilməsinə səbəb ola bilər. Bu haqda Beynəlxalq Valyuta Fondu (BVF) məlumat verib.

Banker.az xəbər verir ki, “Əvvəllər biz ticarət mübahisələrinin təhlükələri haqqında danışırdıq. İndi isə artıq görürük ki, onlar həqiqətən də bizə zərər verirlər”, – deyə BVF-nun mütəxəssisi qeyd edir.

İyul ayında fond bu il qlobal iqtisadiyyatın artım tempinin 3,2%, gələn ildə isə 3,5% azalacağını proqnoz etmişdir.

“Hal-hazırda qlobal iqtisadiyyat sinxron yavaşlama prosesindədir. 2019-cu ildə dünya ölkələrinin demək olar ki, 90%-də yavaşlama gözləyirik”, – BVF.

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsi bir ildən çoxdur davam edir. Bu müddət ərzində tərəflər yüz milyard dollar dəyərində qarşılıqlı rüsumlar tətbiq ediblər.

Cümə axşamı Vaşinqtonda ÇXR Dövlət Şurasının Baş nazirinin müavini Liu He, ABŞ Ticarət Nümayəndəsi Robert Lightheiser və Maliyyə Naziri Stiven Mnuchinin iştirakı ilə yüksək səviyyəli danışıqlar başlayacaq.

Beynəlxalq Valyuta Fondunun keçirdiyi təhlilin nəticələrinə görə, 2020-ci ilə qədər korporativ borc 19 trilyon dollara və ya dünyanın aparıcı iqtisadiyyatlarının borcunun 40%-nə qədər arta bilər.

“Aşağı faiz dərəcələri bəzi siyasətçilərə daha çox pul xərcləmək imkanını verə bilər. Qlobal miqyasda dövlət borcu rekord səviyyəyə yaxınlaşır. İqtisadiyyatı güclü olan ölkələr maliyyə gücündən istifadə etməlidirlər”.

 

Son xəbərlər
Digər xəbərlər