14 C
Baku
Thursday, April 25, 2024

ABŞ-Çin ticarət müharibəsinin kəskinləşməsi Avropa İttifaqında iqtisadi böhrana səbəb ola bilər

Avropa ölkələri ABŞ və Çin arasında gedən ticarət müharibəsinin kəskinləşməsi fonunda zəif artım tempini nümayiş etdirirlər.

Banker.az xəbər verir ki, əgər bu davam edərsə, Avropa iqtisadi böhranla üzləşə bilər.

Vaşinqton və Pekin arasındakı idxal rüsumları və ticarət məhdudiyyətləri mübadiləsini qiymətləndirən Fransanın maliyyə və iqtisadiyyat naziri Bruno Le Mer elə hesab edir ki, iqtisadi böhran qaçırılmazdı. CNBC-yə verdiyi müsahibədə nazir rəsmi olaraq bildirib ki, get-gedə daha da genişlənən müharibə bütün ölkələrə təsir edəcək, xüsusilə də Avropa ölkələrinə.

“Mən demək istəyirəm ki, ticarət müharibəsinin kəskinləşməsi bütün dünyada, xüsusilə də Avropada iqtisadi böhranın başlaması deməkdir. Biz əvvəlki artım tempinə nail ola bilmirik və bunun əsas səbəbi ABŞ və Çin arasında gedən ticarət müharibəsidir”.

Bruno Le Mer həmçinin ölkələrin əsas texnologiya sahələrində milli maraqların qorunmasını və ticarətin “ədalətli” şərtlərinə nail olmaq istəyini bölüşməyə çağırıb.

“Biz bir tərəfdən suverenliyi və əsas texnologiyaları, digər tərəfdən isə ticarəti bir-birindən ayırmalıyıq. İdxal rüsumlarının texnologiyalara heç bir aidiyyəti yoxdur. Biz ədalətli ticarət istəyirik, bunun üçün yeni rüsumların tətbiq edilməsindən və ticarət müharibəsindən qaçmaq lazımdır”. 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər