9 C
Baku
Monday, December 23, 2024

ABŞ Çin və Hindistanı Kremldən uzaqlaşdırmağa çalışır

Hindistanın və Çinin Rusiya ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə baxmayaraq, Dehli və Pekin Rusiya ilə tərəfdaşlıqdan imtina etməyiblər. Bu vəziyyət Vaşinqtonu narahat edir. Vaşinqton Dehli və Pekini Rusiya ilə münasibətlərə yenidən baxmağa dəfələrlə təklif edib. Dehli Rusiya ilə yanaşı ABŞ-la da tərəfdaşlıq münasibətləri qurub. Digər tərəfdən Hindistan son illərdə Rusiyanın əvəzinə Qərb ölkələrindən hərbi texnika alır. Dehlidən fərqli olaraq Pekin Qərbdən uzaqlaşıb.

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 23-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Əsas müzakirə mövzularından biri Ukrayna olub. Blinken çinli həmkarını inandırmağa çalışıb ki, Pekin Kremlin işğalçı planlarına dəstək verməsin. 90 dəqiqəlik görüşdə Çinin xarici işlər naziri isə Tayvan məsələsini qaldırıb, Pekinin Vaşinqtonun siyasətindən narazı qaldığını söyləyib. ABŞ Tayvanı Çinə aid olduğunu qəbul etsə də, adanın güc yolu ilə Pekinə tabe etdirilməsinin əleyhinədir. Eyni ilə Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyanın işğalçı müharibəsini pisləmir.

Entoni Blikenin çinli həmkarı ilə bu ilin iyulun 9-dakı görüşü də nəticə verməmişdi. Həmin görüşdə də əsas müzakirə mövzusu Ukrayna və Tayvan idi. “Mən Çin Xalq Respublikasının Rusiya ilə müttəfiqliyindən narahat olduğumuzu dövlət müşaviri ilə bir daha paylaşdım,” Blinken danışıqlardan sonra mətbuat konfransında belə demişdi. Blinken Çinin neytral şəkildə davrandığını düşünmdəyini səsləndirmişdi. Çin Birləşmiş Millətlər Təşkilatında Rusiyanın mövqeyini dəstəkləyib və “Rusiya təbliğatının  gücləndirilməsinə rol oynayıb. Buna misal olaraq  Çinin lideri Şi Sinpinin iyunun 13-də prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə tərəfdaşlığı gücləndirmək qərarını dəstəklədiyin açıq şəkildə bildirdiyi göstərilib.

“Vaşinqton Pekin qarşısında hər dəfə Ukrayna mövzusunu qaldırdıqca Pekin də Vaşinqton qarşısında Tayvan mövzusunu qaldırır”, deyə Bakıda mənzillənən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri təxribat xarakterli idi. Ağ Ev və Dövlət Departamenti bu səfərin Amerikanın dövlət siyasəti olmadığını vurğulasa da, buna inanan az idi.

Son xəbərlər
Digər xəbərlər