ABŞ prezidenti Co Bayden Çin sədri Si Tsinpinlə keçirilən virtual görüşdə ölkənin öz neft ehtiyatlarından istifadə etməsini xahiş edib.
Banker.az xəbər verir ki, ekspertlərin fikrincə, bununla ABŞ qiymətlərin sabitləşməsinə nail olmaq istəyir. Çin Baydenin bu təklifinə açıq olduğunu bildirsə də, danışıqlar zamanı üzərinə heç bir öhdəlik götürməyib.
“Hazırda hər iki tərəfin energetika nazirlikləri təfərrüatlarla bağlı danışıqlar aparır”, – deyə mesajda qeyd olunur.
Xatırladaq ki, noyabrın 15-də Vaşinqtonda (noyabrın 16-sı Pekində) ABŞ-Çin sammiti baş tutub. Liderlər ölkələr arasındakı münasibətlərin strateji məsələlərini müzakirə ediblər. Sammitdən bir gün sonra cənab Bayden danışıqlar zamanı ABŞ-ın Tayvan Münasibətləri Aktını dəstəklədiyini bildirdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ Tayvana münasibətdə siyasətini dəyişmək və onun müstəqilliyini dəstəkləmək fikrində deyil.