10 C
Baku
Friday, December 13, 2024

ABŞ Çini hədələyib

Çin Rusiyaya silah tədarük etsə və ya sanksiyalardan yan keçməyə kömək etsə, ciddi nəticələrlə üzləşəcək.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

“Əgər Çin Xalq Respublikası Rusiyaya silah tədarükü üzərində işləsə, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etsə, bu, təkcə bizim tərəfimizdən deyil, həm də müttəfiqlərimiz, tərəfdaşlarımız tərəfindən ciddi nəticələrə səbəb olacaq”, – o deyib.

Bundan əvvəl maliyyə nazirinin müavini Uolli Adeyemo bildirmişdi ki, Rusiya əleyhinə sanksiyaların növbəti hədəfi hərbi sənaye kompleksidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər