Nümayəndələr Palatası yekdilliklə Çini beynəlxalq təşkilatlarda inkişaf etməkdə olan ölkə statusundan və müvafiq üstünlüklərdən məhrum etməyi tələb edən qanunu qəbul edib. Bu barədə “The Hill” məlumat yayıb.
Qanun dövlət katibini beynəlxalq təşkilatlarda Çinin statusunu inkişaf etməkdə olan ölkədən yuxarı orta gəlirli, yüksək gəlirli və ya inkişaf etmiş ölkəyə çevirməyə çalışmağa məcbur edir. Dövlət Departamentinin rəhbəri həm də çalışmalıdır ki, Pekin inkişaf etməkdə olan ölkələr üçün verilən imtiyazlar və yardımlar almasın.
“Ölçü baxımından onların iqtisadiyyatı ABŞ-dan sonra ikinci yerdədir. ABŞ-a inkişaf etmiş ölkə kimi yanaşılır, eyni şeyi ÇXR haqqında da söyləmək lazımdır”, – deyə qanun layihəsinin müəllifi Yang Kim vurğulayır.
Qeyd edək ki, Çin BMT sənədlərində inkişaf etməkdə olan iqtisadiyyat kimi təsnif edilir.
Sinqapurun Baş naziri Li Xianlong martın 25-də Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib ki, “Çin bu gün əvvəlki kimi deyil” və “daha da zənginləşib”. Onun fikrincə, Pekin bilməlidir ki, iqtisadiyyatı inkişaf edən ölkə kimi Çinə verilən “güzəştlər” indi yenidən nəzərdən keçirilməli olacaq.