ABŞ Çinlə müqavilə imzalamasına baxmayaraq idxal rüsumlarını olduğu kimi saxlayacaq

Tramp administrasiyası ABŞ-dakı prezident seçkilərinə qədər Çinə qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərini ləğv etməyəcəyini bildirib.

Xatırladaq ki, Çindən idxal olunan və ümumi dəyəri 360 milyard dollar olan mallara tətbiq edilmiş rüsumlar 15 yanvar tarixində imzalanacaq ticarət sazişindən 10 ay keçəndən sonra ləğv edilə bilər. Qeyd edildiyi kimi, rüsumlar Çin tərəfinin ilkin razılaşmanın şərtlərini yerinə yetirdiyi təqdirə ləğv ediləcəkdir.

Banker.az xəbər verir ki, bu haqda mənbəyə istinadən “Bloomberg” məlumat verib.

Bu müddət ABŞ səlahiyyətlilərinin ÇXR-in razılaşma şərtlərini yerinə yetirdiyini yoxlaya bilməsi üçün seçilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Çinə qarşı başladığı ticarət müharibəsi, faktiki olaraq onun “Amerikanı yenidən böyük dövlətə çevirmək” planının bir hissəsi olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları