27.4 C
Baku
Sunday, July 21, 2024

“ABŞ Çinlə soyuq müharibə istəmir” – Blinken

ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Çinə öz hərəkətlərini diktə edə və ölkənin siyasi trayektoriyasını müəyyən edə bilməz, lakin öz baxışını təbliğ etmək və rəqabət aparmaq hüququna malikdir.

Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ-ın Rusiya və Çin arasında müttəfiqlik barədə bəyanatlarını “köhnəlmiş blok düşüncəsi” adlandırıb.

Həmçinin NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyans Çin üçün hərbi planlar hazırlamır, əsas diqqəti Rusiya və bir sıra terrorçu qruplarla qarşıdurmaya yönəldir. Bauer qeyd edib ki, bir sıra NATO ölkələri Çin üçün belə planlar hazırlayır, lakin bu, NATO-nun ümumi hərbi səylərinin bir hissəsi deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər