ABŞ Hərbi Dəniz Qüvvələri ada ilə Pekin arasında silahlı münaqişə baş verərsə, Tayvana kömək etməyə hazırdır.
Bunu ABŞ Sakit Okean Donanmasının komandanı admiral Sem Paparo CBS telekanalının efirində deyib.
“Bu qərar ABŞ Prezidenti və Konqresə aiddir. Buna hazır olmaq bizim borcumuzdur. Hərbi Dəniz Qüvvələrinin əsas orqanı, əmr olarsa, Tayvanın köməyinə gəlmək üçün tez bir zamanda Sakit Okeanda yerləşdiriləcək”, – Paparo bildirib.
Admiral əlavə edib ki, o, Çin Xalq Azadlıq Ordusunun raket qüvvələrinin artan potensialından narahatdır.
Çin və Tayvan arasında münasibətlər ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı sədri Nensi Pelosinin keçən ilin avqustunda adaya səfərindən sonra kəskinləşib. Onun səfərinə cavab olaraq, Çin Xalq Azadlıq Ordusu adanın ətrafındakı altı ərazidə genişmiqyaslı təlimlər keçirib.