27 C
Baku
Saturday, July 27, 2024

ABŞ COVID-19 üzrə beynəlxalq sammit keçirəcək

ABŞ hakimiyyəti koronavirusla mübarizə mövzusunda beynəlxalq sammit keçirmək istəyir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Politico” qəzetinin verdiyi məlumata görə, bəzi ölkələrə bu barədə artıq xəbərdarlıq edilib.

Tədbirin sentyabrın sonuna bir həftə qalmış BMT Baş Assambleyasının toplantısına təsadüf edəcəyi qeyd olunur. Sammitdə COVID-19 ilə mübarizə səylərinin koordinasiyasını müzakirə ediləcək. Xüsusilə, peyvəndlərin istehsalı və paylanması, ehtiyacı olan ölkələrə oksigen tədarükü və birgə tədqiqat imkanları.

Xatırladaq ki, pandemiya başlayandan dünyada 221.9 milyon insan koronavirusa yoluxub. Gündəlik yoluxma sayı 800 mini keçir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hal-hazırda plato müşahidə olunur. İndiyədək 4.5 milyon insan ölüb, yoluxma sayına görə birinci yeri ABŞ tutur.

Son xəbərlər
Digər xəbərlər