8.6 C
Baku
Thursday, November 28, 2024

ABŞ-də 24 saat işləyən fond birjası işə düşür

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) 24 saat işləyən fond birjasını işə salmaq üçün “24 Exchange” startapının fəaliyyətinə icazə verib. Amerikalı milyarder Stiv Koenin “Point72 Ventures” tərəfindən dəstəklənən bu startap ilkin olaraq adi saatlarda ticarətə başlayıb, geniş bazar infrastrukturu yaradıldıqdan sonra isə bazar günündən cümə axşamına kimi də işləməyi planlaşdırır.

Qeyd edək ki, dövlət istiqrazları və əsas dünya valyutaları ilə ticarət həftə içi demək olar ki, davamlı olaraq həyata keçirilsə də, birjada ticarət saatları investorları qorumaq üçün nəzərdə tutulmuş qaydalara görə məhduddur.

Lakin pərakəndə investorların sayının artması ilə 24/7 ticarət getdikcə daha da populyar olmağa başlayıb. Məsələn, “Robinhood Markets” kimi platformalar birjadakı ticarət saatları xaric səhm alqı-satqısı üçün müştəri sifarişlərini götürür.

Bu, “24 Exchange” startapının SEC-ə ikinci müraciətidir. Daha əvvəlki müraciət etirazla qarşılanıb və həftəsonları da ticarəti nəzərdə tutub. Oktyabrın sonunda Nyu-York Fond Birjası (NYSE) “Arca Equities” elektron platformasında ticarət saatlarını indiki 16:00-dan 22:00-a qədər uzatmaq niyyətində olduğunu açıqlayıb. Hazırda bu saytda ticarət yerli vaxtla 4:00-dan 20:00-a qədər aparılır.

Ancaq bir çox institusional investor bundan narahatdır, çünki onların fikrincə, kiçik həcmli gecə ticarəti əməliyyatların səhm kotirovkalarına aşırı təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər