18 C
Baku
Sunday, September 8, 2024

ABŞ-də COVID-19 yardım fondundan 280 milyard dollardan çox vəsait oğurlanıb

ABŞ-də COVID-19 yardım fondundan 280 milyard dollardan çox vəsait oğurlanıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, ABŞ-də pandemiya dövründə COVID-19 yardım fondunun 280 milyard dollardan çoxu oğurlanıb, 123 milyard dollardan çoxu isə israf edilib.

Hadisə “ABŞ tarixinin ən böyük fırıldaqçılığı” olaraq xarakterizə edilib. Bildirilib ki, bu, COVID-19 üçün ümumi yardımın 10 faizinə bərabərdir.

Rəsmilərin dediyinə görə, fırıldaqçılar işsizlik müavinəti almaq üçün həbsxanalardakı məhbusların və ölənlərin sosial təminat nömrələrindən istifadə ediblər və bunu ölkənin bir çox ştatında ediblər.

Digər tərəfdən, müstəntiqlər və ekspertlər hökuməti COVID-19 epidemiyasının əvvəlində yardım üçün ayrılan vəsaiti tez bölüşdürməyə çalışmaqda günahlandıraraq, yardım üçün müraciətlərdə məhdudiyyətlərin az olduğunu və kifayət qədər nəzarətin olmadığını iddia edirlər.

ABŞ Ədliyyə Departamentinin rəsmisi Mayk Qaldo yardım fondunun oğurlanmasını “görünməmiş bir fırıldaq” kimi qiymətləndirib.

Son xəbərlər
Digər xəbərlər