ABŞ-də dizelin qiyməti 2022-ci ildən bəri maksimuma çatıb

Bu gün ABŞ-də dizel yanacağının orta qiyməti psixoloji hədd olan 5 dolları keçərək bir qallon üçün 5,04 dollar səviyyəsinə çatıb. Bu, 2022-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.

Ötən həftə ilə müqayisədə (4,78 dollar) qiymət 5,4%, ondan əvvəlki həftə ilə müqayisədə isə (3,65 dollar) 38% artıb. Yanacaq qiymətlərinin artması Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda baş verir; bu münaqişə Hörmüz boğazı vasitəsilə tanker hərəkətinin faktiki olaraq dayanmasına səbəb olub. Bundan əlavə, İran dronlarının BƏƏ-yə endirdiyi zərbələr dünən Füceyrədə iri neft anbarında və neft emalı zavodunda yanğına səbəb olub.

ABŞ-də dizel yanacağının tarixi maksimum qiyməti — bir qallon üçün 5,8 dollar— 2022-ci ilin iyununda, Ukraynadakı hərbi münaqişə fonunda qeydə alınıb. Ekspertlər qeyd edirlər ki, bu populyar yanacaq növünün bahalaşması digər malların da qiymətinin artmasına gətirib çıxaracaq. “Belə templər qiymət artımının yalnız yanacaq bazarı ilə məhdudlaşmayacağını göstərir,” — KPMG-nin baş iqtisadçısı Dayan Svonk “CBS News”a bildirib. — “Nəqliyyat xərclərinin artımı həmçinin ərzaq mağazalarında da hiss olunacaq.”

Son xəbərlər
Digər xəbərlər