ABŞ Əmək Departamentinin məlumatına görə, ABŞ-də iyun ayında istehlak qiymətləri (CPI) illik müqayisədə 2.7% artıb. Qeyd edək ki, may ayında qiymət artımı tempi 2.4% təşkil edib.
ABŞ-də enerji qiymətləri keçən ay 7.9%, benzin isə 8.3% ucuzlaşıb. Ərzaq 3%, elektrik enerjisi 5.8%, nəqliyyat və tibb xidmətləri 3.4% artıb. Geyim qiymətləri 0.5% ucuzlaşıb. Yeni avtomobillərin qiymətləri 0.2%, işlənmiş avtomobillərin qiymətləri isə 2.8% artıb.
İyun ayında CPI indeksi analitiklərin gözlədiyi kimi əvvəlki ayla müqayisədə 0.3% artıb.
Federal Ehtiyatlar Sistemi (FED) pul siyasəti qərarlarında əsas amil olan istehlak qiymətlərinin inflyasiyası məlumatlarını yaxından izləyir. FED-in inflyasiya hədəfi 2%-dir. Bildirək ki, FED-in növbəti iclası iyulun 29-30-a planlaşdırılıb.