18 C
Baku
Friday, November 22, 2024

ABŞ-də inflyasiya 2.9%-ə qədər sürətlənib

İyulun sonunda ABŞ-də istehlak qiymətləri indeksi (CPI) illik ifadədə 2.9% təşkil edib – bu, 2021-ci ildən bəri ən aşağı inflyasiya səviyyəsidir. Belə məlumatları dünən, avqustun 14-də ABŞ Əmək Departamenti təqdim edib. Əvvəlki ayla müqayisədə iyulda qiymətlər 0.2% artıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

İyul ayında bəzi kateqoriyalar üzrə qiymətlər kifayət qədər azalıb. Belə ki, işlənmiş avtomobillərin qiymətləri illik ifadədə 10.9%, yeni avtomobillərin qiyməti 1%, benzinin qiyməti isə 2% ucuzlaşıb. Xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə artıb – 4.9%. O cümlədən, mənzil qiymətləri (icarə daxil olmaqla) illik ifadədə 5.1% yüksəlib.

Analitiklər əvvəllər Amerika iqtisadiyyatının cüzi yavaşlamasını göstərən digər göstəriciləri nəzərə alsaq, belə bir eniş ehtimalını yüksək hesab edirdilər: məsələn, səkkiz ayda ən aşağı sənaye biznes fəallığı indeksi və ya işsizliyin 4.3%-ə yüksələcəyini proqnozlaşdırırdılar.

“Bugünkü CPI məlumatları, FED-in sentyabr ayında faiz azaltma dövrünə girməsinə mane ola biləcək davamlı inflyasiya ilə bağlı hər hansı əks fikirləri aradan qaldırır”, – “Principal Asset Management”in strateqi Sima Şah bildirib.

Son xəbərlər
Digər xəbərlər