16 C
Baku
Thursday, May 2, 2024

ABŞ-də işsizlik 3.8%-ə düşüb

Mart ayında ABŞ-də işsizlik səviyyəsi 3.8% təşkil edib. Beləliklə, işsizlik səviyyəsi fevral ayı (3.9%) ilə müqayisədə bir qədər azalaraq analitiklərin proqnozları səviyyəsində olub. Mart ayında 6.4 milyon insan işsiz olaraq qeydiyyata alınıb, onlardan 1.2 milyonu altı aydan çoxdur ki, işsizdir.

Mart ayında ABŞ-da 303 min iş yeri yaradılıb. Bu, analitiklərin gözlədiyindən (200 min) əhəmiyyətli dərəcədə çoxdur. Yeni iş yerlərinin əksəriyyəti səhiyyə (72 min) və dövlət sektorunda (71 min), istirahət və mehmanxana (49 min) və tikinti sektorunda (39 min) yaranıb. Martda orta saatlıq əmək haqqı fevral ayı ilə müqayisədə 0.3%, illik müqayisədə isə 4.1% artıb. Bu, 2021-ci ilin iyun ayından bəri ən zəif illik artımdır.

Yaxşı məşğulluq göstəricilərinə görə, FED iyun ayında əsas faiz dərəcəsini azaltmaya bilər. Bildiyiniz kimi, FED-in qarşısında iki vəzifə durur: inflyasiyanın qarşısını almaq və eyni zamanda yüksək məşğulluq səviyyəsini saxlamaq. Aşağı işsizliklə bağlı artan istehlak xərcləri inflyasiyaya təkan verir. Eyni zamanda, məşğulluğun yüksək səviyyədə olması FED-ə uçot dərəcəsini azaltmağı gözləməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər