ABŞ-də kommersiya neft ehtiyatı bir həftə ərzində 5,2 milyon barel artıb.
Bu barədə ABŞ Enerji Nazirliyi məlumat yayıb.
2025-ci il oktyabrın 31-nə olan məlumata görə neft ehtiyatı 421,2 milyon barel təşkil edib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, hazırkı neft ehtiyatının həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 4% aşağıdır.








