17 C
Baku
Wednesday, October 1, 2025

ABŞ-də oktyabrın 1-dən viza üçün “dürüstlük rüsumu” qüvvəyə minib — $250-dan başlayır

ABŞ-də 1 oktyabrdan viza üçün “dürüstlük rüsumu” (Visa Integrity Fee) tətbiq ediləcək.  Cari maliyyə ili üçün (2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrınadək) bu rüsumun məbləği ən azı 250 dollar təşkil edəcək, lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, məbləğ artırıla bilər.

Yenilik əksər qeyri-immiqrasiya vizası müraciətçilərinə şamil olunacaq. Buraya turistlər, işgüzar səfər edənlər, xarici tələbələr və digər qısamüddətli ziyarətçilər daxildir. Dövlət Departamentinin məlumatına görə, 2024-cü maliyyə ilində ABŞ demək olar ki, 11 milyon qeyri-immiqrasiya vizası verib.

Rüsum standart konsulluq ödənişinə əlavə ediləcək, hazırda onun məbləği 185 dollardır. Yeni qaydaları nəzərə alaraq, işgüzar/turist vizasının (B1/B2) qiyməti təxminən 435 dollaradək qalxacaq (uçuş və otel xərcləri istisna olmaqla).

Yeni “dürüstlük rüsumu” viza rəsmiləşdirilərkən ödəniləcək və heç bir güzəşt və ya istisna nəzərdə tutmayacaq. Səyahət başa çatdıqdan sonra vizanı pozmayan turistlər ödənilmiş məbləği geri qaytara biləcəklər.

Son xəbərlər
Digər xəbərlər