8 C
Baku
Monday, December 15, 2025

ABŞ-də “Roblox”a qarşı məhkəmə iddiası qaldırılıb

ABŞ-nin Florida ştatının baş prokuroru Ceyms Utmayer oyun platforması “Roblox”a qarşı məhkəmə iddiası qaldıraraq, onu azyaşlı istifadəçiləri pedofillərdən qorumaq üçün kifayət qədər tədbirlər görməməkdə ittiham edib. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Utmayer videomüraciətində qeyd edib ki, oyun platformasından cinayətkarlar “uşaqları yoldan çıxarmaq” məqsədilə istifadə edirlər.
“Oyun platformasında təhlükəsizliklə bağlı məlumatların təhrif edilməsi ilə əlaqədar davam edən cinayət işi çərçivəsində Roblox-u məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət etmişik”, — deyə o bildirib.

Florida ştatının baş prokuroru “Roblox”u təhlükəli platforma adlandıraraq vurğulayıb ki, özü çoxuşaqlı atadır və onun əsas vəzifəsi uşaqları internetdəki cinayətkarlardan qorumaqdır.

Daha əvvəl Texas, Kentukki və Luiziana ştatlarının hakimiyyət orqanları da ayrı-ayrılıqda “Roblox”a qarşı məhkəmə iddiaları qaldırıblar.

Son xəbərlər
Digər xəbərlər