Rusiyadan ABŞ-yə şüalanmamış az zənginləşdirilmiş uranın idxalına qoyulan qadağa qüvvəyə minib.
ABŞ prezidenti Co Bayden müvafiq qanunu mayın 13-də imzalayıb.
Bundan əvvəl isə məhdudiyyətlərin tətbiqi Konqresin Senatı və Nümayəndələr Palatası tərəfindən təsdiqlənmişdi.
Dövlət Departamenti yeni qaydaların 2028-ci ilin yanvarına qədər istisnaları nəzərdə tutduğunu açıqlayıb. Bu isə bəzi hallarda Rusiyadan uran alışını davam etdirməyə imkan verir.