ABŞ-də “Samsung”, “SK Hynix” və “Micron”a qarşı kollektiv iddia qaldırılıb — Onlar yaddaş çiplərinin süni qıtlığını yaratmaqda ittiham olunur

ABŞ-də “Samsung”, “SK Hynix” və “Micron”a qarşı kollektiv iddia qaldırılıb. Texnologiya nəhəngləri yaddaş çiplərinin süni qıtlığını yaratmaqda ittiham olunur. “Wccftech”in məlumatına görə, iddia Kaliforniyanın Şimal Dairə Məhkəməsinə bir qrup fərdi iddiaçı və kiçik şirkətlər tərəfindən təqdim edilib.

İddiaçılar hesab edirlər ki, “Samsung Electronics”, “SK Hynix” və “Micron Technology” çip tədarükünü məhdudlaşdırmaq və qiymətləri süni şəkildə artırmaq üçün qəsdli sövdələşməyə giriblər.

Dünya çip istehsalçıları qıtlıqla bağlı xəbərdarlıqları hələ 2025-ci ildə etməyə başlayıblar. “Bloomberg” 2026-cı ilin fevralında yazırdı ki, iri İT şirkətlərinin süni intellekt yarışına “astronomik” xərcləri səbəbindən operativ yaddaş qıtlığı daha da güclənəcək. Bəzi yaddaş növlərinin qiyməti 2025-ci ilin dekabrından 2026-cı ilin yanvarına qədər təxminən 75% artıb.

“Counterpoint Research”ın məlumatına görə, 2026-cı ilin birinci rübündə qlobal operativ yaddaş (DRAM) bazarı illik ifadədə 80% artaraq $97 milyarda çatıb. Bu bazarda “Samsung”un payı 38%, “SK Hynix”in payı 29%, “Micron”un payı isə 22% təşkil edir.

2026-cı ilin fevralında “Micron” ABŞ-də çip istehsalını genişləndirmək və süni intellekt tərtibatçılarının tələbatını ödəmək məqsədilə $200 milyard investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.

Mart ayında “SK Hynix”in direktorlar şurasının sədri Çoi Tae Von bildirib ki, yaddaş çiplərinin qıtlığı 2030-cu ilə qədər davam edəcək. Bununla yanaşı, o, şirkətin Cənubi Koreyada istehsal güclərini artırmağı planlaşdırdığını qeyd edib.

İyunun 29-da “Samsung”, “SK Hynix” və Cənubi Koreya hakimiyyəti mikrosxem istehsalının genişləndirilməsinə $590 milyard investisiya yatırmaq planlarını açıqlayıblar. Vəsaitin böyük hissəsi ölkənin cənub-qərb bölgələrində dörd zavodun tikintisinə yönəldiləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər