ABŞ hökumətinin fəaliyyətsizliyi (şatdaun) noyabrın sonunda ABŞ-də qeyd olunan Şükranlıq gününə qədər davam edə bilər.
Bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bildirib.
“Potensial olaraq Şükranlıq gününə qədər, hətta daha uzun müddət ərzində geri qayıtmaya bilərik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-də Şükranlıq günü bu il noyabrın 27-də qeyd olunacaq.
Xatırladaq ki, ABŞ-də federal hökumət 1 oktyabrdan etibarən maliyyə çatışmazlığı səbəbindən öz fəaliyyətini qismən dayandırıb.







