ABŞ prezidenti Donald Tramp ölkədə süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq “Stargate” adlı şirkətin yaradılacağını açıqlayıb.
“Stargate” adlanan layihənin ərsəyə gəlməsində “OpenAI”, “SoftBank Group” və “Oracle” kimi şirkətlər iştirak edəcək.
“Odur ki, bu adı özünüz üçün yazın, çünki gələcəkdə bu barədə tez-tez eşidəcəyinizi düşünürəm. Bu, ABŞ-də süni intellekt nfrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacaq yeni Amerika şirkətidir”- deyə, o əlavə edib.
O, həmçinin qeyd edib ki, layihə 100 min iş yerinin yaradılmasına imkan verəcək.
Ağ Evdə çıxış edən “OpenAI” və “Oracle” şirkətlərinin rəhbərləri Sem Altmanla Larri Ellison bildiriblər ki, süni intellekt texnologiyalarının inkişafı sürətləndirilmiş terapiyanın yeni üsullarının işlənib hazırlanmasına, həmçinin xərçəngin aşkarlanması və müalicəsinə imkan verəcək.
“Bu texnologiya inkişaf etdikcə xəstəliklərin görünməmiş sürətlə sağaldığını görəcəyik. Xərçəng və ürək xəstəliklərini necə müalicə edəcəyimizə heyran qalacağıq”, – Altman bildirib.
Larri Ellison isə vurğulayıb ki, hazırda xərçəng xəstəliyinə qarşı peyvəndin hazırlanması üzərində işlər aparılır. Onun sözlərinə görə, söhbət süni intellektdən istifadə etməklə qanın analizi və onun tərkibindəki kiçik şiş fraqmentlərinin müəyyən edilməsi yolu ilə xərçəngin erkən aşkarlanması üsullarından gedir.