2025-ci ilin dördüncü rübündə ABŞ iqtisadiyyatında artım tempi proqnozlardan daha aşağı olub.
Bu barədə ABŞ-nin Ticarət Departamenti məlumat yayıb.
Bildirilib ki, üçüncü rübdə ÜDM 4,4 faiz artdığı halda, növbəti rübdə bu göstərici cəmi 1,4 faiz təşkil edib. İqtisadçılar isə 3 faizlik artım proqnozlaşdırırdılar.
Zəif iqtisadi nəticənin əsas səbəbi kimi hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması – şatdaun göstərilir.






