9 C
Baku
Friday, December 13, 2024

ABŞ-də xam neft ehtiyatlarının gözlənilməz azalması neftin qiymətinə dəstək verdi

Neft dörd günlük itkilərin ardından ABŞ-nin xam neft ehtiyatlarının azalması, OPEC-in tərəddüdlü ixtisarlarını əvəzləməsi səbəbindən irəliləyib.

Banker.az xəbər verir ki, Brent neftinin bir bareli 0.6% bahalaşaraq 82 dollar, WTI fyuçersləri əvvəlki dörd sessiyada 2% ucuzlaşdıqdan sonra barrel üçün 78 dollara yaxın yüksəldi.

Sənaye tərəfindən maliyyələşdirilən Amerika Neft İnstitutu (API) keçən həftə ABŞ-də xam neft ehtiyatlarının 5.5 milyon barrel azaldığını açıqladı. Halbuki, iqtisadçıların konsesus proqnozuna əsasən yarım milyon barel artım gözlənilirdi.

Çərşənbə günü ABŞ hökumətinin məlumatları təsdiqlənsə, bu, yeddi həftə ərzində ilk azalma olacaq. API rəqəmləri, həmçinin WTI üçün çatdırılma məntəqəsi olan Oklahoma, Kuşinqdə xam neft ehtiyatlarının təxminən 1 milyon barel azaldığını göstərdi.

Çərşənbə axşamı neft, OPEC-in İraqın ikinci aydır kvotadan yuxarı hasil etdiyi üçün son tədarük ixtisarının dalana dirəndiyini deməsindən sonra, bu il bençmark fyuçerslər sıx ticarət diapazonunda ilişib qalıb. ABŞ inflyasiyası isə pul siyasətinin yolunda tələsməmək üçün zəmin yaradır. Məsələn, ölkədə illik inflyasiyanın 3.1%-dən 3.2% yüksəlməsi ABŞ mərkəzi bankının faizlə bağlı yumşalmağa bir qədər gec başlamasına səbəb ola bilər ki, bu da iqtisadi inkişaf üçün əngəl sayılır.

Enerji İnformasiya Administrasiyası çərşənbə axşamı bildirib ki, ABŞ-də neft hasilatı bu il gözləniləndən daha sürətli artacaq və bu, OPEC+ azaldılması ilə qlobal tədarükün azaldılmasına kömək edəcək. EIA bu proqnozu Qısamüddətli Enerji Baxışında verib, həmçinin 2025-ci il üçün hasilatı təxminən 1.2% artırıb.

Son xəbərlər
Digər xəbərlər